Flag Counter

MAK SOFT Ltd

“MAK SOFT Ltd” proqram təminatı şirkəti “MAK Azərbaycan Ltd” audit şirkəti (keçmiş AGN MAK Azərbaycan Ltd) və “MAK Consultancy Baku Ltd” müştərək müəssisəsi ilə birlikdə MAK Azərbaycan Qrupuna daxildir.


  • "МАК" Qrupu Azərbaycanda yerləşən yerli və xarici şirkətlərə məsləhət xidmətləri göstərmək üçün 1997-ci ildə Bakıda fəaliyyətə başlamışdı.
  • 1999-cu ildə "МАК" qrupu öz fəaliyyətini genişləndirərək Azərbaycanda audit şirkəti yaratmış və bu xidmətin göstərilməsi üçün müvafiq lisenziya almışdır.
  • "МАК Azərbaycan Ltd" adlanan yeni şirkət isə 2003-cü ildən Azərbaycanda yaradılmışdır və 2003, 2008 və 2013-cü illərdə Auditorlar Palatasından audit lisenziyası almışdır.
  • МАК Azərbaycan Ltd, МАК Consultancy Baku LtdМАК Soft Ltd şirkətlərinin daxil olduğu МАК Qrupu müştərilərin hər hansı bir tələbini yerinə yetirməyə qadir olmaq üçün öz xidmətlər portfelini tədriclə genişləndirir və hal-hazırda audit, konsaltinq, qiymətləndirmə və İT xidmətləri göstərir.

         MAK dünyada 9-cu yerdə olan Crowe Horwath International şəbəkəsinin üzvüdür. Crowe Horwath International dünyanın ən yaxşı 10 qlobal audit şəbəkəsindən biridir. Şəbəkə 114 ölkədə 171-dən artıq müstəqil audit və məsləhət xidməti firmaları ilə təmsil olunmuşdur. Crowe Horwath şəbəkəsinin üzvləri gündəlik fəaliyyətlərində ciddi keyfiyyət nəzarəti təmin edərək qüsursuz xidmət, yüksək inteqrasiyalı icra prosesləri və ümumi dəyərlərə sadiqlik nümayiş etdirməyə borcludurlar. Hər bir firma öz yerli biznes icmasında liderdir və milli kadrlarla təmin olunmuşdur. Müştərilərin yeni müəssisələrin yaradılması və ya digər ölkələrdə genişlənmək layihələri kimi təşəbbüslərini yerli qanunvericilik və qaydalarla yaxından tanış olan professionallar dəstəkləyir.

         Crowe Horwath International firmaları bütün sektorlarda özəl müəssisələrə və səhmdar cəmiyyətlərə göstərdiyi xidmətlərinə görə tanınır və aşağıdakı sahələrdə daha yüksək beynəlxalq nüfuza  malikdir:

  • Audit
  • Vergilər
  • Risklərin idarə edilməsi
  • Məsləhət xidmətləri

         “MAK SOFT Ltd.” Şirkəti Azərbaycanda hesablama texnikası üçün proqram təminatının hazırlanması, tətbiqi və satışı ilə məşğul olur. Şirkətdə informasiya texnologiyaları və proqramlaşdırma sahəsində zəngin təcrübəyə malik mütəxəssislər çalışır. “MAK SOFT Ltd.” idarəetmənin müxtəlif sahələrində istifadə olunan proqram təminatları hazırlayır. 

         “MAK SOFT Ltd.” proqram təminatı istehsal edən və satışı ilə məşğul olan bir sıra şirkətlərin Azərbaycan üzrə tərəfdaşıdır

  • TERRASOFT (Ukrayna) - CRM (Customer Realtionships Management) sistemləri

  • A-SOFT (Rusiya) - CRM (Customer Realtionships Management) sistemləri

  • ПРОМЫШЛЕННЫЕ ИНФОРМАЦИОННЫЕ СИСТЕМЫ (Rusiya) – Elektron sənəd dövriyyəsi, GLOBUS korporativ sistemləri

  • N-Link (Azərbaycan) – ERP sistemləri, 1С «Бухгалтерия».